Qarabağ Viktoria ilə sülhə razılaşdı
Qarabağ bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa çıxıb.
Goal.az xəbər verir ki, Ağdam təmsilçisi Çexiya Viktoria-sı (Plzen) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 23-ü Çexiyada oynanılacaq.
Çempionlar Liqası, pley-offun ilk oyunu
Qarabağ – Viktoriya (Çexiya) - 0:0