18/08/2022
10:06
978
| A A A
Çempionlar Liqası: Benfica səfərdə, Maccabi evdə qələbə qazanıb

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarına yekun vurulub.

Goal.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

Gecənin ilk görüşündə Azərbaycan təmsilçisi Qarabağ Bakıda Çexiyanın Victoria Plzen komandasını qəbul edib. Oyun qolsuz heç-heçə ilə başa çatıb.

İsrailin Maccabi Haifa klubu evdə Serbiya Crvena Zvezda-sını 3:2, Portuqaliya Benfica-sı isə Polşada Ukraynanın Dynamo Kyiev komandasını 2:0 hesabı ilə məğlub edib. (report)