03/08/2021
21:06
1937
| A A A
Azərbaycan Premyer Liqası: Yeni mövsümün ilk turunun proqramı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb.

Goal.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

14 avqust (şənbə)

18:30. “Sabah” – “Səbail”

“Bank Respublika Arena”.

20:30. “Keşlə” – “Sumqayıt”

“ASK Arena”.

15 avqust (bazar)

18:00. “Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu.

20:00. “Neftçi” – “Qəbələ”

“Bakcell Arena”.