17/08/2022
17:59
1339
| A A A
Mövsümün ən yaxşı qadın futbolçusu və baş məşqçisi adına namizədlər açıqlanıb

UEFA ötən mövsümün ən yaxşı qadın futbolçusu adına namizədlərin qısaldılmış siyahısını açıqlayıb.

Goal.az xəbər verir ki, siyahıda 3 oyunçu yer alıb. Bunlar Arsenal-ın hücumçusu Bet Mid, Almaniya Wolfsburg-un forvardı Lena Oberdorf və Barcelona-nın yarımmüdafiəçisi Aleksiya Putelyasdır.

Mövsümün ən yaxşı qadın baş məşqçisi adına isə Lyon-dan Sonya Bompastor, Almaniya millisindən Martina Foss-Teklenburg və İngiltərə yığmasından Sarina Viqman iddia edir.

Qeyd edək ki, qaliblərin adları avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.