17/08/2022
18:12
1216
| A A A
Azərbaycan millisi çempion oldu

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Goal.az xəbər verir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv finalda İran seçməsi ilə qarşılaşıb.

Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığmamız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi də İslamiadanın qalibi olmuşdu.