17/08/2022
18:41
1283
| A A A
Spezia-dan Salernitana-ya keçdi

Salernitana klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, A Seriyası təmsilçisi Spezia-dan Culio Maccioreni transfer edib.

24 yaşlı italiyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Salernitana bu transfer üçün qarşı tərəfə 4.5 milyon avro ödəyib.