13/11/2019
16:57
3282
| A A A
Chelsea-nin uğurunun səbəbi: Lempardın cəzaları FOTO

İngiltərə Premyer Liqasında 3-cü sırada yer alan Chelsea-nin baş məşqçisi Frenk Lempardın futbolçulara tətbiq etdiyi cəzaların siyahısı açıqlanıb.

Goal.az xəbər verir ki, Lempardın tətbiq etdiyi bu cəzaların komandanın inkişafında xüsusi rolunun olduğu bildirilir. Chelsea-də məşqə gec başlayan 20 min, xəstə və ya zədəsi olan futbolçu bu haqda komanda rəhbərliyini 1,5 saatdan əvvəl xəbər etməməsi halında isə 10 min funt-sterlinq cərimələnir:

Lempardın cərimələri:

Oyun günü gecikmə – 2500 funt-sterlinq

Məşqə gecikmə – 2500 (hər 15 dəqiqə üçün 2500)

İsinmə hərəkətlərindən əvvəl idman zalına gecikmə – 1000

Müayinəyə gecikmə – 2500

Komandanın iclasına gecikmə – 500

Məşqə gec başlama – 20000

Komandanın yeməyində və ya iclasda telefon istifadə etmək – 1000

Oyundan sonra icazəsiz komandanın avtobusu ilə getməmək – 5000

Xəstə və ya zədəli oyunçunun bu haqda rəhbərliyə məşqdən 1,5 saat əvvəl xəbər verməməsi – 10000

(komanda.az)