13/11/2019
18:36
8815
| A A A
"El Klassiko"nun vaxtı açıqlandı

İspaniya La Liqasının 10-cu turundan təxirə salınan Barcelona - Real Madrid oyununun saatı açıqlanıb.

Goal.az xəbər verir ki, dekabrın 18-nə təyin olunan "El Klassiko" Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Xatırladaq ki, oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan matç Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən təxirə salınmışdı.