08/12/2019
10:49
1487
| A A A
Lazio-dan Fransa klubuna

Nice heyətini yeni futbolçuyla gücləndirib.

Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Lazio-dan Rıza Durmisini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı sol cinah müdafiəçisi tibbi müayinədən keçdikdən sonra Nice ilə müqavilə imzalayacaq. Danimarka millisinin də üzvü olan futbolçu icarə əsasında Fransa klubuna keçəcək. Nice mövsümün sonunda Durmisinin transfer hüquqlarına sahib ola bilər.