07/08/2022
14:19
5825
| A A A
Aleksey Baqa: "Qarabağ-ın qrupa düşmək şansı kifayət qədər yüksəkdir"

"Hər iki komandanın daha da irəli getmək şansları kifayət qədər yüksəkdir. Çünki pley-off mərhələsindəki rəqiblər o qədər də güclü deyil".

Goal.az xəbər verir ki, bunu Sumqayıt-ın baş məşqçisi Aleksey Baqa Qarabağ və Macarıstanın Ferencvaros komandası arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

Belarusdan olan mütəxəssis hər iki kollektivin pley-offa adlamağa iddialı olduğunu bildirib: Qarabağ hər il çempion olur, komanda Qurban Qurbanov başçılığı altında yüksək səviyyədə oyun sərgiləyir və daim avrokubokların qrup mərhələsində çıxış edir. Ferencvaros da yaxşı komandadır".

Onun sözlərinə görə, Azərbaycan və Macarıstan çempionatlarının səviyyəsini müqayisə etmək çətindir: "Macarıstan klublarının çox yaxşı infrastrukturu var. Azərbaycanın da yaxşı stadionları, qəşəng meydançaları var. Neftçi, Qarabağ və Murad Musayevin işlədiyi Sabah-ın keyfiyyətli legionerlər dəvət etməyə gücü çatır. Azərbaycan Premyer Liqasını Rusiya çempionatı ilə də müqayisə etməyəcəyəm. Tula Arsenal-ının Neftçi ilə oyunlarını xatırlaya bilərik. Yuri Syomin Azərbaycanda çalışıb, uğur qazanıb, başqa məşqçilər də bura gəlib. Ona görə də onlar burada çalışmaqda maraqlıdırlar".

Qeyd edək ki, Qarabağ Bakıdakı ilk oyunda Ferencvaros-la 1:1 hesablı heç-heçə edib. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI