İngiltərə millisinin üzvünün ayağı sındı
Premyer Liqa təmsilçisi Everton ciddi itki ilə üzləşib.
Goal.az xəbər verir ki, İngiltərə klubu Ben Qodfrini itirib.
Belə ki, ingilis futbolçunun ilk turun Chelsea ilə oyununda (0:1) ayağı sınıb.
Qodfri bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
İngiltərə millisinin üzvü 2020-ci ildən Everton-da çıxış edir.