12/02/2018
21:51
3483
| A A A
"Bayern Munich" qapıçısının müqaviləsini yenilədi

“Bayern Munich” komandanın qapıçısı Sven Ulrayxın müqaviləsini uzadıb. Goal.az xəbər verir ki, 30 yaşlı qolkiperlə 2021-ci ilin yayına kimi anlaşma əldə olunub.

Manuel Noyerin zədələnməsindən sonra əsas heyətdə möhkəmlənən Ulrayx rəhbərliyin etimadını doğruldub. Buna görə də, münhenlilər onunla yeni saziş imzalanmasını lazım biliblər. Adı müxtəlif klublarla yanaşı çəkilən Ulrayx söz-söhbətlərə son qoyub. “Stutgart”ın yetirməsi olan Sven 2015-ci ildən “Bavariya”nın şərəfini qoruyur. O, cari mövsümdə ümumilikdə 27 oyunda meydana çıxıb və qapısından 25 top buraxıb.