13/02/2018
16:45
2967
| A A A
"Bavariya" MLS klubu ilə əməkdaşlıq edəcək

"Bayern Munich" vı MLS təmsilçisi "Dallas" əməkdaşlıq haqqında müqavilə imzalayıb. Goal.az xəbər verir ki, klublar gənc futbolçuların yetişdirilməsi üzrə əməkdaşlıq edəcək. "Bavariya" 2014-cü ildən ABŞ-da istedadlı futbolçuların inkişaf etdirilməsi istiqamətində "Global Premier Soccer"lə birgə fəaliyyət göstərir. Amerikanın 22 ştatında 90 mindən çox futbolçu, 6 min məşqçi var.

"ABŞ ilk beynəlxalq idarəmizin açıldığı yerdir. Dünyanın hər yerində olan azarkeşlərimizə yaxın olmağa çalışırıq. Burda futbolun inkişafına kömək etmək istəyirik. "Dallas" ideal variantdır" - Münhen klubunun rəsmisi Yorq Vakker deyib.