11/10/2018
12:17
5567
| A A A
Zidan alman nəhənginin hədəfində

Almaniyanın Bayern Münich klubu Zinəddin Zidanı baş məşqçi postuna dəvət etmək niyyətindədir. Goal.az Mirror-a istinadən xəbər verir ki, mövsümə pis başlayan Bayern Münich, baş məşqçi Niko Kovaçla yollarını ayırmaq fikrindədir. Münhen təmsilçisi Bundesliqada keçirdiyi 7 oyundan sonra 13 xal yığaraq 6-cı pillədə qərarlaşıb. Rəhbərliyin etimadını qazana bilmiyən Kovaç, həmçinin futbolçularla da yola getmir. Bayern rəhbərliyi bunları nəzərə alaraq artıq yeni məşqçi axtarışındadır. Əsas namizəd kimi "kral klubunun" keçmiş baş məşqçisi Zinəddin Zidan görsədilir. Xatırladaq ki, Zidanla həmçinin Manchester UnitedJuventus maraqlanır.