20/10/2018
12:27
2192
| A A A
Bir oyunda 5 qol vurdu bombardirə çevrildi

Bundesliqada bu mövsüm ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub.

Goal.az xəbər verir ki, dünən 8-ci turun Fortuna ilə oyununda (7:1) penta-trik edən Eintracht-ın hücumçusu Luka Yoviç 8 qolla bombardirlər yarışında zirvəyə yüksəlib. 20 yaşlı serbiyalıya qədər sıralamaya ehtiyatında 6 qol olan Dortmund Borussia-sının forvardı Pako Alkaser başçılıq edirdi.

Yoviç ötən mövsüm Bundesliqada keçirdiyi 22 oyunda 8 qol vurmuşdu. Bu mövsüm isə 8 tura həmin nəticəni təkrarlayıb.