11/11/2018
15:22
1427
| A A A
Bayern Münich-dən tarixi antirekord

Almaniya Bundesliqasının 11-ci tur çərçivəsində səfərdə Borussia Dortmund-la qarşılaşan Bayern Münich 3:2 hesabı ilə məğlub olub.

Goal.az xəbər verir ki, bu qələbədən sonra Dortmund klubu xalını 27-ə çatdıraraq liderliyini möhkəmləndirib. Bayern Münich isə 20 xalla 3-cü pillədə qərarlaşıb. Bu, Münhen klubu üçün tarixinin ən uğursuz göstərcisidir. Komanda heç vaxt 11 turdan sonra liderdən 7 xal geri qalmayıb.

Qeyd edək ki, Bayern Münich bu mövsüm Almaniya Bundesliqasında 6 qələbə qazanıb, 2 heç-heçə edib və 3 oyunda məğlub olub.