15/11/2018
17:11
1386
| A A A
Sandro Vaqner: “Turnir cədvəlinə baxa bilmirəm"

Bayern Munich-in hücumçusu Sandro Vaqner komandasının uğursuz çıxışından narahat olduğunu gizlətməyib. Goal.az xəbər verir ki, hücumçu çempion olmaq üçün şanslarının tükənmədiyini bildirib. “Turnir cədvəlinə baxa bilmirəm. Bayern Munich 5-ci pilləyə layiq klub deyil. Azarkeşlər bizdən bunu gözləmirdi. Hələ ki heç nə itirilməyib. Bu il çempion olmalıyıq. Şansımız tükənməyib. Bundesliqada ən güclü heyət bizdədir. Borussia bir neçə matçda yaxşı çıxış edib. İndi turnir cədvəlində birinci yerdədir. Amma çempion olmaq onların işi deyil. Əks-hücuma mopedlərlə keçsə belə, turnir cədvəlində əsl yeri aşağıdadır”, - Vaqner deyib. Qeyd edək ki, Almaniya çempionatının 11-ci turunda Bayern Munich evdə Borussia-ya uduzub-2:3. Münhenlilər liderdən 7 xal geridədir.