16/11/2018
13:00
1840
| A A A
Münhenlilər Rodrigesə pul xərcləmək istəmir

Bayern Munchen Real-dan icarəyə götürdüyü yarımmüdafiəçi Xames Rodriqesi geri göndərməyi düşünür. Goal.az xəbər verir ki, futbolçunun icarə müddəti gələn ilin yayında başa çatacaq. Satış hüququ “kral klubu”na məxsusdur. Transfer qiyməti 42 milyon avrodur. Münhenlilər futbolçunu tam transfer etmək istəmir. Heyəti gəncləşdirməyi planlaşdıran Bavariya klubu bu qədər məbləği 27 yaşlı Rodriqesə xərcləməyi münasib saymır. Klub gənc futbolçuıarın alınmasına 200 milyon avro ayırıb. Xameslə İngiltərə klublarının , həmçinin Juventus-un maraqlandığı deyilir. Bundesliqada 8 matçda meydana çıxıb və 3 qol vurub.