16/11/2018
14:15
1326
| A A A
Münhen klubu “qocalıb”?

Bayern Munchen-in yarımmüdafiəçisi Kinqsli Koman klubun heyətinə münasibət bildirib. Goal.az xəbər verir ki, 22 yaşlı futbolçu komandanın “qocaldığını” deyib: “Bayern Munchen dünyanın ən yaxşı klublarından biridir. Təəssüf ki, “qocalır”. Məncə, heyətə gənc futbolçular cəlb etməyin vaxtıdır. Hazırda zədələrə görə oynamıram. Bərpa üçün iki həftə lazımdır. Yenidən meydana çıxacağam”. Münhen klubunun ən yaşlı futbolçusu Frenk Riberidir-35 yaş. Sonrakı yerləri Aren Robben (34), Rafinya (33), Manuel Noyer (32), Robert Levandovski, Cerom Boatenq və Sandro Vaqner (hər üçünün 30 yaşı var) tutur.