29/11/2018
14:00
1326
| A A A
Dadaşov üçün il erkən bitdi

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ili erkən başa vurub.

Goal.az “Münstersche Zeitung” portalına istinadən xəbər verir ki, Almaniyanın “Proyssen” komandasının formasını geyinən 27 yaşlı hücumçu III liqanın 16-cı turunda Braunşveyq “Ayntraxt”ını 3:0 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib.

Matça 69-cu dəqiqədə əvəzetmədən daxil olan Dadaşovun bud əzələsində problem yaranıb. Forvard oyunu başa vura bilsə də, onun ən azı 3 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. O, Azərbaycan millisinin Farer adaları və Kosovo ilə görüşlərindən sonra klubunun düşərgəsinə yüngül zədə ilə qayıtmışdı. 

Qeyd edək ki, hazırda 29 xalla 2-ci pillədə qərarlaşan “Proyssen”in qış fasiləsinə qədər liqada 4 oyunu qalıb. Münster təmsilçisi “Halleşer”, “Tsvikkau” və “Fortuna” ilə evdə, “Karlsrue” ilə isə səfərdə qarşılaşacaq.