30/11/2018
17:16
1583
| A A A
5 oyunda 15 qolla rekord

Eintracht UEFA Avropa Liqasının qrup mərhələsində yarışan alman klubları arasında yeni rekord müəyyənləşdirib.

Goal.az xəbər verir ki, klub bu mərhələdə keçirdiyi 5 oyunda 15 qol vurub. Alman klublarından heç biri analoji nəticəni göstərməyib. Komanda qrup mərhələsinin cavab matçında (birinci oyun-2:1) Marseille-i darmadağın edib - 4:0. Buna qədər isə Apollon-dan (3:2, 2:0) və Lazio-dan (birinci oyun-4:1) üstün olub. Frankfurtlular qrup mərhələsinin sonuncu matçında Lazio-nun qonağı olacaq.