12/12/2018
16:10
3739
| A A A
Məşhur futbolçu 22 yaşında karyerasını bitirir

Bayern Munich-in yarımmüdafiəçisi Kinqsli Koman karyerasını bitirmək fikrinə düşüb.

Goal.az xəbər verir ki, Fransa millisinin üzvü ardıcıl zədələrdən artıq bezdiyini və əməliyyat olunmaq istəmədiyini söyləyib: "Cəmi 22 yaşım var, indiyə qədər 4 dəfə ağır zədə almışam. Ayağımdan daha bir əməliyyat keçirmək istəmirəm. Artıq kifayətdir, bezmişəm. Bu ağrıya tab gətirə bilmirəm".

Bavariya təmsilçisinin rəhbəri Karl-Haynz Rummenigge isə Komanı bu fikrindən daşındırmağa çalışacağını deyib: "Müasir futbol sürət və aqressivlik tələb edir. Bu üzdən zədədən qaçmağınız mümkün deyil. Əsas odur ki, zədədən yüksək motivasiyada qayıdasan. Koman bizim üçün önəmli futbolçudur. İnanıram ki, komandada qalacaq və bundan da yaxşı çıxış edəcək".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17585 səs