19/12/2018
22:01
3321
| A A A
Alkaserdən tarixi göstərici

Borussia Dortmund-un forvardı Pako Alkaser yeni rekorda imza atıb.

Goal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı forvard Bundesliqanın 16-cı turunda keçirilən Fortuna - Borussia Dortmund (2:1) matçında sonradan meydana daxil olaraq, 81-ci dəqiqədə fərqlənib. Alkaser bununla da, qollarının sayını 12-yə çatdırıb.

Alkaser bu qollardan 10-unu sonradan meydana daxil olaraq vurub. O, Bundesliqa tarixində sonradan meydana daxil olub, ən çox qol vuran futbolçu ünvanına sahib olub.

Xatırladaq ki, Borussia mövsümün əvvəlində icarə əsasında Barcelona-dan transfer etdiyi Alkaserin transfer hüququna sahib olub. İspan forvardla 2021-ci ilə qədər müqavilə imzalanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
14474 səs