20/12/2018
14:14
2970
| A A A
Xummels Bayer Münich-lə bağlı qərarını verdi

Bayer Münich-in rəsmisi Karl-Hainz Rummeniqe müdafiəçi Mats Xummelslə bağlı yayılan xəbərə münasibət bildirib. Goal.az xəbər verir ki, mətbuatda müdafiəçinin qışda klubdan gedəcəyi bildirilib. Rummeniqe deyib: “Bir neçə gün bundan əvvəl Xummelslə danışdım. Xəbəri inkar etdi. Mövsümün sonuna qədər komandada qalacağını dedi. Münhendə özünü rahat hiss edir. İstənilən futbolçu tez-tez oyuna çıxmayanda barəsində şayiələr yayılır”.