23/12/2018
17:46
1291
| A A A
Almaniya klubunda məşqçi dəyişikliyi

Bayer Leverkusen baş məşqçisi Heyko Herliklə yollarını ayırıb.
Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yeni baş məşqçinin adı da məlumdur. 
Leverkuzenliləri bundan sonra Peter Boş çalışdıracaq. 55 yaşlı mütəxəssislə 2020-ci ilin iyununa qədər müqavilə imzalanıb. Boş son olaraq Borussia Dortmund-da işləyib. 

Qeyd edək ki, Bayer Bundesliqada 17 turdan sonra 24 xalla 9-cu pillədə yer alıb.