04/01/2019
20:44
1288
| A A A
Bundesliqada ilk dövrənin rəmzi yığması açıqlandı - FOTO

Almaniya Bundesliqasında cari mövsümün ilk dövrəsinin rəmzi heyəti açıqlanıb.

Goal.az xəbər verir ki, rəmzi heyətdə ilk dövrəni 42 xalla lider bitirən Borussia Dortmund-un 5 futbolçusu yer alıb:

Qapıçı: Peter Qulaçi (Leipzig);

Müdafiəçilər: Yozua Kimmih, Niklas Süle (hər ikisi Bayern Munich), Dayot Upamenko (Leipzig), Əşrəf Hakimi (Borussia Dortmund);

Yarımmüdafiəçilər: Marko Roys, Aksel Vitsel, Ceydon Sanço (hər üçü Borussia Dortmund);

Hücumçular: Sebastyen Aller, Luka Yoviç (hər ikisi Eintracht), Robert Levandovski (Bayern Munich);

Ən yaxşı ehtiyat oyunçu: Pako Alkaser (Borussia Dortmund).