05/01/2019
20:06
1817
| A A A
Marko Roys ilin ən yaxşısı seçildi

Almaniya yığmasının 2018-ci ildə ən yaxşı futbolçusu ilə bağlı sorğu aparılıb.

Goal.az-ın yerli futbol federasiyasının rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər arasında aparılan səsvermənin qalibi yarımmüdafiəçi Marko Roys olub. 
Borussia Dortmund-un üzvü 89 min 928 səs toplayaraq (33,9%), ilin ən yaxşı milli oyunçusu seçilib. Onu Yozua Kimmix (Bayern Münich - 31%) və Leroy Sane (Manchester City - 10,3%) izləyib. 

Qeyd edək ki, Roys ötən il Bundestimin heyətində 8 matçda iştirak edib. 29 yaşlı hücumameyilli oyunçu dünya çempionatında İsveçlə görüşdə qol və məhsuldar ötürmə ilə yadda qalıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3636 səs