28/01/2019
11:27
2035
| A A A
Bundesliqa klubunda yeni məşqçi

Almaniyanın Hannover klubunun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Tomas Dolla tapşırılıb. Almaniyalı mütəxəssis bu vəzifədə Andre Braytenrayteri əvəzləyib.

Qeyd edək ki, T.Doll son olaraq Macarıstanın Ferencvaros klubunu çalışdırıb.