06/02/2019
11:38
2162
| A A A
Roys şəhərin ən yaxşısı seçildi

Almaniyanın Dortmund şəhərində 2018-ci ilin ən yaxşı idmançısı məlum olub.

Goal.az xəbər verir ki, Ruhr Nachrichten qəzetinin oxucuları və Radio 91.2 radiosunun dinləyiciləri arasında keçirilən sorğuda, Borussia Dortmund-un futbolçusu Marko Roys ötən ilin ən yaxşı idmançısı seçilib. Alman futbolçu 51,9 faiz səslə 1-ci olub.

Avarçəkmədə sabiq olimpiya çempionu Rixard Şmidt 25,1 faizlə 2-ci, yüngül atlet Mohamed Mohamedi isə 23 faizlə 3-cü yerin sahibi olub.

Qeyd edək ki, Roys cari mövsümdə Borussia formasıyla 26 oyunda iştirak edərək, 16 qol vurub və 11 məhsuldar ötürmə verib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8802 səs