14/02/2019
12:07
1377
| A A A
Noyer zədəsini sağaldıb

Bayern Münich-in qapıçısı Manuel Noyer zədəsini sağaldıb.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 32 yaşlı qolkiper komanda ilə ümumi məşqlərə başlayıb. Münhen təmsilçisinin baş məşqçisi Niko Kovaç Noyerin Bundesliqanın 22-ci turunda fevralın 15-i Augsburg-a qarşı oynaya biləcəyini deyib.

Beləliklə, alman qapıçı böyük ehtimalla Çempionlar Liqasının 1/8 finalında Liverpool-la görüşdə (19 fevral) də meydana çıxa biləcək.

Qeyd edək ki, Noyer məşq zamanı əlindən zədələnmişdi.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs