24/02/2019
12:31
1261
| A A A
Riberi ilə baş məşqçi arasında qalmaqal

Bayern Münich-in yarımmüdafiəçisi Frank Riberi ilə komandanın baş məşqçisi Niko Kovaç arasında qalmaqal yaşanıb.

Goal.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransalı futbolçu Almaniya Bundesliqasının 23-cü turunun Herta ilə oyununda onu əvəzləyən xorvatiyalı mütəxəssisə qarşı hörmətsizlik edib. Kovaç 58-ci dəqiqədə meydanı tərk edən Riberiyə əlini uzatsa da, futbolçu buna əhəmiyyət verməyərək, ehtiyat oyunçular skamyasına doğru gedib.

Qeyd edək ki, bu, Bayern-də Kovaçla futbolçular arasında baş verən ilk qalmaqal deyil. Daha əvvəl Rafinya Bild nəşrinə müsahibəsində çalışdırıcıdan narazılığını dilə gətirmişdi.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs