24/02/2019
13:28
1145
| A A A
Bayern Münich-də ciddi itki

Almaniya Bundesliqasının 23-cü turunun Herta ilə oyununda (1:0) zədələnən Bayern Münich-in yarımmüdafiəçisi Kinqsli Komanın durumuna aydınlıq gəlib.

Goal.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən fransalı futbolçunun bud nahiyyəsində yırtıq aşkarlanıb. Onun təxminən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Komanın martın 14-də Çempionlar Liqasının 1/8 final mərhələsinin Liverpool-la cavab matçında iştirak edib-etməyəcəyi isə sual altındadır.

Qeyd edək ki, bu komandalar arasında İngiltərədə keçirilən ilk oyunda hesab açılmamışdı.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs