02/03/2019
20:22
2203
| A A A
Alkaserdən yeni rekord

Almaniya Bundesliqasının 24-cü turunda Borussia Dortmund səfərdə Augsburg-a 1:2 hesabıyla məğlub olub.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, Dortmund təmsilçisinin yeganə qolunu vuran Pako Alkaser, şəxsi rekordunu yeniləyib. Belə ki, ispaniyalı forvard, cari mövsümdə Bundesliqada 19 oyuna 13 qol vurub. Bu, Alkaserin karyerası ərzində ən yüksək göstəricidir.

Bundan əvvəl Alkaser Valencia-nın heyətində çıxış edərkən, La Liqada 2015/16 mövsümündə 34 oyuna 13 qol vurmağı bacarmışdı.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16951 səs