12/04/2019
15:39
3283
| A A A
Bayern Munich-in ulduz futbolçuları məşqdə dalaşdı
Borussia Dortmund-a 5:0 hesabı ilə qalib gələrək Bundesliqada liderliyi ələ Bayern Munich-də dava düşüb.
Goal.az "Bild"ə istinadən xəbər verir ki, hadisə komandanın dünən keçirilən mətbuat üçün qapalı məşqində baş verib. İddiaya görə, Robert Levandovski və Kinqsli Koman yumruq davasına çıxıb.
Buna səbəb Levandovskinin Komana irad bildirməsi olub. Əvvəlcə onlar mübahisə ediblər. Daha sonra isə futbolçular arasında yumruq davası düşüb. Dava edənləri Niklas Süle və Jerom Boatenq çətinliklə ayırıb.
Hadisədən sonra baş məşqçi Niko Kovaç hər iki futbolçunu məşqdən kənarlaşdırmaq isəyib. Lakin sonradan qərarını dəyişərək məşqi davam etdirib. Klub rəhbərliyinin hər 2 futbolçunu cəzalandıracağı gözlənilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27013 səs