16/04/2019
16:03
1188
| A A A
Bundesliqa klubu baş məşqçi ilə yolları ayıracaq

Almaniyanın Hertha futbol klubu mövsümün sonunda baş məşqçisi Pal Dardai ilə yollarını ayıracaq.

Goal.az xəbər verir ki, bu barədə Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 43 yaşlı mütəxəssis klub rəhbərliyi ilə birgə bunun komanda üçün daha doğru addım olacağına qərar verib.

Qeyd edək ki, Pal Dardai 2015-ci ildən "Herta"ya rəhbərlik edir. Komanda hazırda Bundesliqada 35 xalla 11-ci pillədə qərarlaşıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16586 səs