01/05/2019
16:44
1671
| A A A
Alman qapıçı karyerasını başa vurdu

Mainz-ın qapıçısı Rene Adler karyerasını bitirmək qərarına gəlib.

Goal.az xəbər verir ki, bunu 34 yaşlı qolkiper özü bildirib.

Adler buna səbəb kimi dizindəki zədəni göstərib. O, bu üzdən cari mövsüm bir matçda belə, meydana çıxa bilməyib. Adler axırıncı dəfə ötən ilin aprelində iştirak edib. Sabiq Bayer-li karyerasını davam etdirmək arzusunda olsa da, zədə ucbatından belə qərara gəldiyini vurğulayıb.

Qeyd edək ki, Rene Adler 2008-2013-cü illərdə Almaniya yığmasına çağırılıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21470 səs