17/05/2019
19:20
2118
| A A A
Bundesliqa klubunda 4 illik müqavilə

Eintracht icarə əsasında komandada çıxış edən Filip Kostiçin transfer hüquqlarını satın alıb.

Goal.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Serbiyalı yarımmüdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

Eintracht-ın mövsümün əvvəlində Hamburg-dan icarəyə götürdüyü Kostiç, Bundesliqada 33 qarşılaşmada iştirak edərək, 6 qol vurub və 11 məhsuldar ötürmə edib.