23/05/2019
16:10
3142
| A A A
Bundesliqa klubundan 2 gündə 3 transfer

Dortmund Borussia-sı növbəti mövsüm çempion olmağı hədəfləyib.

Goal.az xəbər verir ki, Bundesliqada mövsümün bir neçə gün əvvəl yekunlaşmasına baxmayaraq, Borussia artıq səs-küylü transferlər gerçəkləşdirib. Dortmundlular artıq yeni futbolçuların transferi üçün 96,5 milyon avro xərcləyiblər.

Dortmund təmsilçisi Barcelona-dan Pako Alkaserin müqavilə hüququnun alınmasına 21 milyon sərf edib. Hoffenheim-ın müdafiəçisi Niko Şults üçün 25 milyon avro ödənilib.

Bayer-dən hücumameyilli yarımmüdafiəçi Yulian Brandta görə 25, Münhenqaldbax Borussia-sının vingeri Torqan Hazard üçün 25,5 milyon avro ödənilib.

Bu 3 transferə sərf edilən 75,5 milyon avro son 2 gündə xərclənib.