04/08/2019
09:49
3911
| A A A
Almaniya Superkubokunun qalibi müəyyənləşdi

Futbol üzrə Almaniya Superkuboku matçında Borussia Dortmund ilə Bayern Munich komandaları üz-üzə gəlib.

Goal.az-ın məlumatına görə, "Siqnal İduna Park"da keçilmiş görüş Borussia-nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 48-ci dəqiqədə Pako Alkaser, 69-cu dəqiqədə isə Sanço vurub.

Beləliklə, Borussia tarixində 6-cı dəfə Almaniya Super Kubokunu qazanıb. Bu mükafatı ən çox - 7 dəfə qazanan komanda isə "Bavariya"dır.

Qeyd edək ki, Almaniya Bundesliqasında yeni mövsüm avqustun 16-da Bayern - Herta matçı ilə start götürəcək. Borussia Dortmund isə ertəsi gün Augsburg-u qəbul edəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37117 səs