09/10/2019
16:12
2219
| A A A
Müller Bayern Munich-dən ayrılmaq istəyir

Bayern Munich-in futbolçusu Tomas Müller komandadan ayrılmaq istəyir.

Goal.az-ın "Bild"ə istinadən yaydığı məlumata görə,  buna səbəb baş məşqçi Niko Kovaçın 30 yaşlı oyunçuya az şans verilməsidir. Bundan narazı olan hücumçunun Bayern Munich ilə 2021-ci ilin yayınadək müqaviləsi olsa da, klub rəhbərliyinə mövsümün sonunda ayrılmaq istədiyi barədə məlumat verib. 

Müller bu mövsüm 7 matçda 287 dəqiqə oynayıb və 4 qolun ötürməsini edib.

money.az currency