Borussia Dortmund-dan 250 milyon avroluq müqavilə
Borussia Dortmund Puma ilə olan əməkdaşlıq müqaviləsinin müddətini artırıb.
Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Puma ilə olan müqavilənin müddəti 2028-ci ilə qədər uzadılıb. Dortmund təmsilçisi bu əməkdaşlıqdan ildə 30 milyon avrodan çox qazanacaq. Ümumilikdə isə 8 il üçün 250 milyonluq qazanc nəzərdə tutulub.
Qeyd edək ki, Borussia ilə Puma arasında olan əvvəlki müqavilənin müddəti 2022-ci ilə qədər idi.
Noyabrın ən yaxşı futbolçusu?
PEYMAN BABAYİ
DAVİT VOLKOV
RİÇARD QADZE
JOZEF MONROZ