14/02/2020
11:31
1601
| A A A
Kovaç Bundesliqaya qayıdır

Son olaraq Bayern Münich-i çalışdıran Niko Kovaç yenidən Bundesliqaya qayıda bilər.

Goal.az xəbər verir ki, bir müddət əvvəl baş məşqçisi Yurgen Klinsmannla yollarını ayıran Herta xorvat mütəxəssisə təklif göndərməyə hazırlaşır. Bu barədə Kicker nəşri məlumat yayıb. Xəbərdə, Herta-nın baş məşqçi postuna əsas hədəfin Kovaç olduğu və yaxın zamanda ilkin danışıqların başlayacağı bildirilir.

Daha əvvəl Bundesliqada Eintracht Frankfurt və Bayern Münich-i çalışdıran Kovaç hazırda işsizdir.