14/02/2020
18:35
1941
| A A A
Bayern Munich-də ciddi itki

Bayern Münich ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Münhen təmsilçisinin əsas qapıçısı Manuel Noyer xəstəlikdən əziyyət çəkir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 33 yaşlı qolkiper Bundesliqanın 22-ci turu çərçivəsində qarşılaşacaqları Köln-lə oyunu buraxa bilər. Bayern-nın kapitanı olan futbolçu xəstəlik səbəbindən son məşqlərdə də iştirak edə bilmir.

Qeyd edək ki, Köln – Bayern Münich matçı fevralın 16-da keçiriləcək.