15/02/2020
18:29
1852
| A A A
Borussia Dortmund-dan rekord göstərici

Borussia Dortmund Bundesliqanın 22-ci turunda Eintracht Frankfurt-u darmadağın edib.

Goal.az xəbər verir ki, 4:0 hesabıyla qələbə qazanan dortmundular Bayern Münich və Hamburg-un Bundesliqadakı rekordunu təkrarlayıb. Belə ki, Borussia bu mövsüm 22 turda 63 qol vurmağı bacarıb.

Daha əvvəl 1973/74 mövsümündə Bayern Münich, 1981/82 mövsümündə isə Hamburg 22 tura 63 qol vurmuşdu.