01/03/2020
16:20
2599
| A A A
Bayern Münich-dən tarixi göstərici

Almaniya Bundesliqasının 24-cü turunda Hoffenhaim-ı səfərdə 6:0 hesabıyla məğlub edən Bayern Münich yeni rekord müəyyənləşdirib.

Goal.az xəbər verir ki, Münhen təmsilçisi ardıcıl 5-ci səfər matçından ən azı 3 qolla dönməyi bacarıb.

Bu isə Bundesliqa tarixində yeni rekorddu. Komanda əvvəlki səfər görüşlərində Köln (4:1), Mainz(3:1), Herta (4:0) və Freiburg-a (3:1) qalib gəlib.

Qeyd edək ki, hazırda aktivində 52 xal olan Bayern turnir cədvəlinə başçılıq edir.