25/03/2020
10:00
1688
| A A A
Bundesliqanın bərpa müddəti uzadılacaq

Almaniya Futbol Liqası koronavirusa görə Almaniya Bundesliqasının və ikinci Bundesliqanın bərpa müddətini uzatmağı planlaşdırır.

Goal.az Bundesliqanın rəsmi saytına istinadən xəbər verir ki, liqanın idarə heyətinin videokonfransında 30 aprelə qədər yarışların dayandırılması tövsiyə olunub.

Açıqlamada yerli çempionatın iyunun 30-dək tamamlanacağına ümidlərin qaldığı, lakin hər şeyin koronavirus pandemiyası ilə bağlı vəziyyətin inkişafından asılı olacağı vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Almaniya Bundesliqası və ikinci Bundesliqasının oyunları aprelin 2-dək təxirə salınmışdı.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19038 səs