25/03/2020
13:10
1028
| A A A
Bundesliqa nəhənginin futbolçularından nümunəvi addım

Bayern Münich-in futbolçuları maaşlarının 20 faizindən imtina etməyə qərar veriblər.

Goal.az xəbər verir ki, onlar Bundesliqanın koronavirus səbəbindən dayandırılması ilə əlaqədar klub işçilərinə dəstək olmaq üçün bu addımı atıblar.

Qeyd edək ki, Münhen klubunun oyunçularından Yozşua Kimmix və Leon Qoretska “Biz koronanı vuracağıq” şüarı altında aksiyaya başlayaraq 1 milyon avroluq yardım etmişdilər. Hücumçu Robert Levandovski də bu aksiyaya qoşularaq, həyat yoldaşı ilə birgə 1 milyon avroluq yardım ayırmışdı.

Almaniyanın digər nəhəng klubu Borussia Dortmund da futbolçular maaşlarının 20 faizindən imtina ediblər.