29/06/2020
14:45
775
| A A A
Almaniya yığmasının sabiq forvardı karyerasını bitirdi

Almaniya milli komandasının sabiq hücumçusu Mario Qomes futbolçu karyerasını başa vurub.

Goal.az xəbər verir ki, o, ötən gün Stuttgart-ın heyətində peşəkar karyerasında sonuncu matçını keçirib.

İkinci Bundesliqada mövsümün son turu çərçivəsində Darmstadt ilə ev oyununa start heyətdə başlayan 34 yaşlı forvard, 82-ci dəqiqədə əvəzlənib. Komandasının 1:3 hesablı məğlubiyyətlə üzləşdiyi oyunda meydan sahiblərinin yeganə qolunu da məhz Qomes vurub.

Mario peşəkar futbolçu karyerasına məhz Stuttgart-da başlayıb. Daha sonra o, Bayern Munich, Fiorentina, Beşiktaş və Wolfsburg kimi klublarda da çıxış edib. 2017/18 mövsümünün dövrələrarası fasiləsi zamanı isə o, yenidən Stuttgart-a qayıdıb.

Qeyd edək ki, Qomes üç dəfə Almaniya çempionu olub. O, 2010-cu ildə Almaniya millisinin heyətində dünya çempionatının bürünc medallarını qazanıb. Almaniyalı hücumçu 2015/16 mövsümündə Beşiktaş-la da Türkiyə çempionu adını qazanıb, 26 qolla çempionatın bombardiri olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
7307 səs