30/11/2020
23:54
1469
| A A A
Bayern Münich-də ciddi itkilər

Bayern Münich Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda Atletico Madrid ilə oyuna ciddi itkilərlə çıxacaq.

Goal.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Hansi Flik oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, qapıçı Manuel Noyer, yarımmüdafiəçi Leon Qoretska və hücumçu Robert Levandovskinin zədə səbəbindən Madrid təmsilçisi ilə matçda iştirak etməyəcəyini bildirib.

Zədədən əziyyət çəkən Alfonso Deyvis, Yozua Kimmix və Korenten Tolisso Madridə aparılmayıb.

Qeyd edək ki, dekabrın 1-də keçiriləcək Atletico – Bayern Münich matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24381 səs