22/01/2021
11:28
1646
| A A A
Noyer Kanın rekordunu təkrarladı

Bayern Münich-in futbolçusu Manuel Noyer rekorda imza atıb.

Goal.az xəbər verir ki, Noyer Bundesliqa tarixində ən çox “quru oyun” keçirən qapıçı ünvanını qazanıb.

34 yaşlı futbolçu 17-ci tur çərçivəsində Augsburg-la keçirilən səfər matçında (1:0) qapısını toxunulmaz saxlayıb. Noyer, bununla da, “quru oyun” seriyasını 196-ya çatdırıb.

Noyerdən əvvəl bu rekord keçmiş qapıçı Oliver Kana aid idi. Kanın da aktivində 196 “quru oyun” var idi.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs